Nə qədər ki, matras almağı planlaşdırmırsınız, ən sadə şey matrasdır, “Döşəkdir də!” deyirik. Amma, o vaxt ki evə matras almalıyıq, onda işlər çətinləşir. Bonel yaylı, Poket yaylı, Memory Foam və.s kimi çoxlu təzə şeylər eşidirik. Üstəlik bazarda matras qiymətləri ~80 AZN-dən başlayır düz 15 000 AZN-ə qədər. (Daha bahalıları da var, mən özüm 15000-dən yuxarı qalxmadım).
İşinizi biraz sadələşdirmək üçün belə bir material hazırladıq;
Bonel yaylı matraslar müasir matrasların istehsalında ilk istifadə olunan yaylardır, bir-birinə bağlı olan prujinlərdən ibarətdir. Bonel yaylı matraslarla istənilən sərtlikdə matras istehsal etmək mümkündür, amma əsasən orta və sərt matraslar istehsalında istifadə olunur.
Poket yaylı matraslar da prujinlərdir əslində, amma bu yaylar bir-birinə bağlı deyil. Bu isə sadə görsənsə də çox ciddi fərqlər yaradır. Məsələn, Edonada istifadə etdiyimiz 7 zonalı poket yaylar bədənin müxtəlif yerlərinə fərqli dəstək təmin etdiyi üçün tam ergonomic formanı təmin edir. Yəni, bədən üçün daha yaxşı komfort təmin edilir. İkincisi, qoşa yataqlarda əgər bir nəfər çevrilirsə digəri minimum vibrasiya hiss edir, çünki o çevriləndə ancaq onun altında olan yaylar hərəkət edir.
Memory Foam kimi tanınan Yaddaşlı Matraslarda isə heç bir yay sistemi yoxdur, 100% maçalka ilə hazırlanır. Burda isə iş daha da çətinləşir. Çünki, tam visco, tam latex, tam təbii latex və.s olmaqla çox müxtəlif xarakterli materiallar