Yun döşəklərdən müasir matraslara keçə bilməyən insanların əksəriyyəti 2 məsələni əsas gətirirlər;
1- “Yun döşəkdə yatmayanda canım qızmır”. Yəni, istilik faktoru.
2- “Vərdiş eləmişəm. Matrasda yatanda eləbil bədənim taxtaya dəyir”.
Düzdür, yun döşəklər ümumiyyətlə isti olur. İçərisi yun ilə doludur, davalanma mexanizmi yoxdur və qalındır (bədəni uzananda kənarlardan az da olsa bürüyür), buna görə də isti olur.
Amma, gəlin hər dədə-baba döşəklərin digər xüsusiyyətlərinə də baxaq;
1- Tamamilə allergendir: Yun döşəkdə patogen mikroorqanizmlər və toz gənələri həddinən artıq çox olur. Çox günəş şüası almayan və ya rütubəti biraz çox olan otaqlarda isə ümumiyyətlə xəstəlik mənbəyinə çevrilə bilər.
2- Onurğaya xeyirli deyil: Ortopedik olmadığı üçün bel ağrıları olan insanlara çox da rahat deyil, ağrıların daha da artmağına səbəb ola bilər.
3- İy-qox çox götürür: Çünki sıx yunun havalanma mexanizmi yoxdur.
Müasir matraslara niyə keçmək lazımdır?
1- Bunlar da isti saxlayır: Çox isti istəyirsinizsə onda yaysız Memory foam və ya tam latex matrasa keçə bilərsiniz. Amma, normal istilik təmin edən matras istəyirsinizsə sadəcə olaraq qalın pedli matras ala bilərsiniz. Əmin olun ki, yun üşüməyəcəksiniz, canınız tam isinəcək.
2- Hipoallergendir: Bütün müasir matroslar hipoallergen deyil, lakin bizim bütün matroslar hipoallergen olduğu üçün bunu yazırıq. Bu matrasların həm parçaları allergiya yaradan materialdan deyil, həm də matrasın içərisində toz və qırıntə yaradan materiallar olmadığı üçün patogen mikroorqanizmlər yaranmır. Nəfəs aldıqca nəfəsinizə gedən heç nə olmur.
3- Bel ağrıları olanlar üçün daha müsbət təsir edir: Heç bir matras nə beldəki yırtığı müalicə etmir, amma əgər artıq varsa ağrılarınız və ya istəmirsinizsə sə ki yaransın, onda ortopedik matras seçin. Çünki, bu matraslarda onurğa qeyri-təbii formada əyilmir, bədənin ağırlığı paylanılır və qarın və bel nahiyələrində cəmləşmir.
4- Baxmaq və təmiz saxlamaq asandır: Çünki, nə hər həftə çıxarıb havaya verməyə ehtiyac yoxdur, nə ildə ən az bir dəfə yun çırpıb döşək sırımağa.
5- İy-qox götürmür: Havalanma sistemi olduğu üçün nə bədəninizin təri, nə uşaqların gecə çişləri matrasda qalıb iy yaratmır, buxarlanır.
Sağlamlığınıza fikir verin, bədəninizə istirahət verin.