
Nə qədər ki,
matras almağı planlaşdırmırsınız, ən sadə şey matrasdır, “Döşəkdir də!” deyirik. Amma, o vaxt ki evə
matras almalıyıq, onda işlər çətinləşir. Bonel yaylı, Poket yaylı, Memory Foam
və.s kimi çoxlu təzə şeylər eşidirik. Üstəlik bazarda matras qiymətləri ~80
AZN-dən başlayır düz 15 000 AZN-ə qədər. (Daha bahalıları da var, mən özüm
15000-dən yuxarı qalxmadım).
İşinizi biraz
sadələşdirmək üçün belə bir material hazırladıq;
Bonel
yaylı matraslar müasir matrasların istehsalında
ilk istifadə olunan yaylardır, bir-birinə bağlı olan prujinlərdən ibarətdir.
Bonel yaylı matraslarla istənilən sərtlikdə matras istehsal etmək mümkündür,
amma əsasən orta və sərt matraslar istehsalında istifadə olunur.
Poket
yaylı matraslar da prujinlərdir əslində, amma bu
yaylar bir-birinə bağlı deyil. Bu isə sadə görsənsə də çox ciddi fərqlər
yaradır. Məsələn, Edonada istifadə etdiyimiz 7 zonalı poket yaylar bədənin
müxtəlif yerlərinə fərqli dəstək təmin etdiyi üçün tam ergonomic formanı təmin
edir. Yəni, bədən üçün daha yaxşı komfort təmin edilir. İkincisi, qoşa
yataqlarda əgər bir nəfər çevrilirsə digəri minimum vibrasiya hiss edir, çünki
o çevriləndə ancaq onun altında olan yaylar hərəkət edir.
Memory
Foam kimi tanınan Yaddaşlı Matraslarda isə
heç bir yay sistemi yoxdur, 100% maçalka ilə hazırlanır. Burda isə iş daha da çətinləşir.
Çünki, tam visco, tam latex, tam təbii latex və.s olmaqla çox müxtəlif xarakterli
materiallar