Yun döşəklərdən
müasir matraslara keçə bilməyən insanların əksəriyyəti 2 məsələni əsas gətirirlər;
1-
“Yun döşəkdə yatmayanda
canım qızmır”. Yəni, istilik faktoru.
2-
“Vərdiş eləmişəm. Matrasda
yatanda eləbil bədənim taxtaya dəyir”.
Düzdür, yun
döşəklər ümumiyyətlə isti olur. İçərisi yun ilə doludur, davalanma mexanizmi
yoxdur və qalındır (bədəni uzananda kənarlardan az da olsa bürüyür), buna görə
də isti olur.
Amma, gəlin
hər dədə-baba döşəklərin digər xüsusiyyətlərinə də baxaq;
1-
Tamamilə allergendir: Yun döşəkdə patogen mikroorqanizmlər və toz gənələri həddinən
artıq çox olur. Çox günəş şüası almayan və ya rütubəti biraz çox olan otaqlarda
isə ümumiyyətlə xəstəlik mənbəyinə çevrilə bilər.
2-
Onurğaya xeyirli deyil: Ortopedik olmadığı üçün bel ağrıları olan insanlara çox da
rahat deyil, ağrıların daha da artmağına səbəb ola bilər.
3-
İy-qox çox götürür: Çünki sıx yunun havalanma mexanizmi yoxdur.
Müasir
matraslara niyə keçmək lazımdır?
1-
Bunlar da isti saxlayır: Çox isti istəyirsinizsə onda yaysız Memory foam və ya tam latex
matrasa keçə bilərsiniz. Amma, normal istilik təmin edən matras istəyirsinizsə
sadəcə olaraq qalın pedli matras ala bilərsiniz. Əmin olun ki, yun üşüməyəcəksiniz,
canınız tam isinəcək.
2-
Hipoallergendir: Bütün müasir matroslar hipoallergen deyil, lakin bizim bütün
matroslar hipoallergen olduğu üçün bunu yazırıq. Bu matrasların həm parçaları
allergiya yaradan materialdan deyil, həm də matrasın içərisində toz və qırıntə
yaradan materiallar olmadığı üçün patogen mikroorqanizmlər yaranmır. Nəfəs
aldıqca nəfəsinizə gedən heç nə olmur.
3-
Bel ağrıları olanlar üçün
daha müsbət təsir edir: Heç bir matras nə beldəki
yırtığı müalicə etmir, amma əgər artıq varsa ağrılarınız və ya istəmirsinizsə sə
ki yaransın, onda ortopedik matras seçin. Çünki, bu matraslarda onurğa qeyri-təbii
formada əyilmir, bədənin ağırlığı paylanılır və qarın və bel nahiyələrində cəmləşmir.
4-
Baxmaq və təmiz saxlamaq
asandır: Çünki, nə hər həftə çıxarıb havaya verməyə
ehtiyac yoxdur, nə ildə ən az bir dəfə yun çırpıb döşək sırımağa.
5-
İy-qox götürmür: Havalanma sistemi olduğu üçün nə bədəninizin təri, nə uşaqların
gecə çişləri matrasda qalıb iy yaratmır, buxarlanır.
Sağlamlığınıza
fikir verin, bədəninizə istirahət verin.